...

İran İslam Respublikası vətəndaşlarına Biləsuvar gömrüyündə viza veriləcək

Siyasət Materials 22 Dekabr 2008 13:51 (UTC +04:00)

İran İslam Respublikası vətəndaşlarına Biləsuvar gömrük məntəqəsində viza veriləcək.

İran Məclisinin deputatı Vəkil Sepəh Acerlu İrna xəbər agentliyinə bildirib ki, iki ölkə rəsmilərinin razılığına əsasən, Azərbaycana getmək istəyən İran vətəndaşları Biləsuvar gömrük məntəqəsində viza əldə edə  bilərlər.

Acerlu əlavə edib ki, iki ölkə vətəndaşlarının gediş-gəlişini sadələşdirmək məqsədilə Azərbaycan Respublikasının konsulluğu nümayəndəliyinin ofisi bu məntəqədə açılacaq.

Xəbər lenti

Xəbər lenti