...

İranın xarici siyasətində Rusiyanın özünəməxsus yeri var – İran parlamentinin sədri

Siyasət Materials 23 Dekabr 2008 18:45 (UTC +04:00)
İranın xarici siyasətində Rusiyanın özünəməxsus yeri var – İran parlamentinin sədri

İran, Tehran, 23 dekabr / Trend , müxbir A.Namdari/ İran parlamentinin sədri Rusiya - İran parlamentlərarası Dostluq Qrupunun sədri ilə görüşündə bildirib ki,  İran rəsmiləri öz böyük qonşusu Rusiya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdırlar.

Trend -un Tehrandakı müxbirinin məlumatına əsasən,  İran parlamentinin sədri Əli Laricani bildirib ki, Rusiya və İran arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, texniki və mədəniyyət sahələrində yüksək səviyyədə əməkdaşlıq  mövcuddur və İranın xarici siyasətində Rusiyanın özünəməxsus yeri var.

"İki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. İran və Rusiya arasında uzunmüddətli əlaqələrin inkişafı üçün bütün imkanlardan istifadə edilməlidir",- deyə Laricani bildirib.

Laricani İran-Rusiya parlamentlərarası Dostluq Qrupu arasında əlaqələrin inkişafının, iki ölkə arasında əlaqələrin daha da inkişafına səbəb olacağına ümidvar olduğunu bildirib.

"Regiondakı vəziyyət, xüsusilə Əfqanıstandakı vəziyyət göstərir ki, Rusiya və Iran regionda və beynəlxalq aləmdə iki tərəfli əməkdaşlığı artırmalıdırlar",-deyə Laricani bildirib.

"Qərb ölkələri  İran -Rusiya arasında əməkdaşlığının istəmir, lakin dünyanı bürüyən iqtisadi böhrandan  öz xeyirlərinə istifadə etməklə, hər iki ölkə neft, qaz, texniki, sənaye və iqtisadi sahələrdə müştərək layihələr həyata keçirməlidir"-deyə Laricani əlavə edib.  

Laricani  Buşehr nüvə stansiyasının yaxın gələcəkdə tamamlanmasına və nüvə sahəsində ikitərəfli əməkdaşlığın artacağına ümid bəslədiyini bildirib.

"Rusiya Dövlət Duması  iki ölkə arasında əməkdaşlığın inkişafını dəstəkləyir"-deyə Rusiya- İran parlamentlərarası Dostluq Qrupunun sədri Hafiz Salehov bildirib.

Onun sözlərinə görə, Rusiya yaxın gələcəkdə Buşehr nüvə stansiyasının tamamlanması üçün yeni işlər görəcək

Salehov İran parlamentinin Rusiya və İran arasında təyyarə istehsalı sahəsində imzalanmış müştərək müqavilələrin icrasını dəstəkləməsini təklif edib.  

Salehov İran parlamentinin sədri Əli Laricanin Moskvaya səfari ilə bağlı Rusiya Dövlət Dumasının rəsmi dəvətini ona təqdim edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti