...

Azərbaycan dövlətini dünyada tanıtmaq istiqamətində İlham Əliyevin fəaliyyəti misilsizdir-parlamentin vitse- spikeri

Siyasət Materials 24 Dekabr 2008 16:06 (UTC +04:00)
Azərbaycan dövlətini dünyada tanıtmaq istiqamətində İlham Əliyevin fəaliyyəti misilsizdir-parlamentin vitse- spikeri

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanı bir dövlət, xalqımızı bir millət olaraq dünyada tanıtmaq istiqamətində İlham Əliyevin fəaliyyəti misilsizdir,- çərşənbə günü Trend -a Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Azərbaycan prezidenti İlham Əliyevin bu gün 47 yaşı tamam olub.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24 - də Bakı şəhərində anadan olub.

Muradovanın fikrincə, prezidentin bütün şəxsi keyfiyyətləri imkan verir ki, Azərbaycanı yüksək səviyyədə təmsil etsin və ölkəni inkişaf etmiş, rifah içərisində yaşayan, çiçəklənən bir respublikaya çevirsin.

"Mən cənab prezidenti ad günü münasibətilə ürəkdən təbrik edirəm. Arzu edırəm ki, Azərbaycana xidmət göstərdiyi bütün bu illərdə hər zaman uğurla rastlaşsın, bütün işləri bu günə qədər olduğu kimi, müsbət sonluqla nəticələnsin, -" Muradova əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti