...

Azərbaycan prezidenti Bakı Dərin Özüllər Zavodunun kollektivini təbrik edib

Siyasət Materials 24 Dekabr 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr / Trend /Azərbaycan prezidenti İlham Əliyev Bakı Dərin Özüllər Zavodunun kollektivini müəssisənin təməlinin qoyulmasının 30 illiyi münasibətilə təbrik edib.

Bu barədə çərşənbə günü AzərTAc məlumat verib.

"Keçmiş Sovetlər İttifaqında analoqu olmayan bu unikal müəssisə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin səyləri və təşəbbüskarlığı sayəsində Azərbaycanda yaradılıb. Bilavasitə ulu öndərin rəhbərliyi altında tikilən zavod respublikamızın neft sənayesinin inkişafında əlamətdar hadisəyə çevrilib, hələ keçən əsrin 80-ci illərində neft yataqlarının işlənilməsi üçün zəruri metal konstruksiyaların istehsalında müstəsna rol oynayıb", - prezidentin təbrikində vurğulanıb.

İlham Əliyev qeyd edib ki,  Bakı Dərin Özüllər Zavodu bütün postsovet məkanında zəngin texniki, kadr və intellektual potensialı ilə bu tipli yeganə müəssisə kimi tanınır: "Əminəm ki, Bakı Dərin Özüllər Zavodunun daim öz peşəkarlığı, zəhmətsevərliyi və fədakarlığı ilə fərqlənən kollektivi gələcəkdə də Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı naminə səylərini əsirgəməyəcək, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasına layiqincə xidmət edəcək.

Bir daha müəssisənizin bütün kollektivinə ən xoş arzularımı çatdırır, hər birinizə möhkəm cansağlığı, firavan həyat və işlərinizdə uğurlar diləyirəm", - Prezidentin təbrikində bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti