...

14 terrorçu İran hökumətindən bağışlanmasını istəyib

Siyasət Materials 26 Dekabr 2008 02:18 (UTC +04:00)

İran, Tehran, 26 dekabr / Trend müxb. A.Namdari/ Adının açıqlanmasını istəməyən İranın kəşfiyyat idarəsinin generalı bildirib ki, ələ keçirilmiş 14 terrorçu hökumətdən bağışlanmasını istəyib.

Yüksək rütbəli zabitin Trend -a verdiyi məlumata görə, bu terrorçu qrup İranın düşmənləri tərəfindən dəstəklənib. Lakin o konkret adlar çəkməkdən boyun qaçırıb.

General deyib ki, son həftə ərzində qrup tamamilə darmadağın edilib.

İran hökumətindən deyiblər ki, ötən həftə İranın kəşfiyyat orqanları "Cundulla" terror qruplaşmasının qərəgahını aşkarlayıblar. Qrup ötən həftə 17 polis işçisini qətlə yetirib.

İran ABŞ-ı bu qrupu dəstəkləməkdə ittiham edib. Lakin qrupun lideri Əbdük Malik Reygi bu ittihamları rədd edib.

Xəbər lenti

Xəbər lenti