...

NDI – nın sosioloji araşdırmalarının nəticələri

Siyasət Materials 26 Dekabr 2008 12:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın "Versiya" qəzetinin cümə günü yazdığına görə, noyabrın sonunda NDI beynəlxalq təşkilatı sosioloji araşdırma aparıb və siyasi partiya və Gürcüstan prezidentliyinə namizədlərin reytinqini müəyyən edib. Sonuncular arasında 15 faiz ilə İrakli Alasaniya liderlik edir, Xristian- Demokratik Hərəkatının lideri Qiorqi Tarqamadze 10 faiz ilə ikinci yerdə qərarlaşıb.

Nino Burcanadze yeddi faiz, İrakli Okruaşvili və David Bakradze dörd faiz, Şalva Natelaşvili üç faiz, Levan Qaçeçiladze və David Qamkrelidze iki faiz, Qiqi Uqulava, Sozar Subari və David Usupaşvili isə bir faiz alıb.

Sorğulananların 11 faizi onların heç birinə səs verməyib, 22 faiz fikrini hələ müəyyənləşdirməyib, 15 faiz isə öz mövqeyini bildirməkdən imtina edib.

Siyasi partiyaların reytinqinə gəldikdə isə Milli Hərəkat 27 faiz səs ilə liderlik edir. Xristian-Demokratlar Hərəkatı isə 8 faizlə ikinci yerdə qərarlaşıb.

Nino Burdjanadzenin partiyası, "Yeni qaydalar", Leyboristlər və Birləşmiş Müxalifət üç faiz, Respublikaçılar isə bir faiz səs toplayıb.

Sorğulananların 11 faizi fikrini bildirməyib, 38 faiz isə cavab verməkdən imtina edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti