...

Gürcüstan parlamenti yeni səfirlərinin təyinatını təsdiq edib

Siyasət Materials 26 Dekabr 2008 20:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Parlamentin bu gün keçirilən növbədənkənar iclasında Gürcüstanın doqquz yeni səfiri təsdiq edilib. Gürcüstanın Türkiyə və Albaniya, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsini Tariyel Lebanidze, Gürcüstanın Beynəlxalq Dəniz Təşkilatındakı daimi nümayəndəsi vəzifəsini  - Qela Çarkviani, BMT-dəki daimi nümayəndə vəzifəsini - Kaxa Lomaya, GUAM-dakı daimi nümayəndə vəzifəsini - Merab Antadze, ABŞ, Kanada və Meksikadakı səfir vəzifəsini - Batu Kuteliya, Böyük Britaniya və İrlandiyadakı səfir - Giorgi Badridze, Fransa, Portuqaliya və Monakodakı səfir, həmçinin, YUNESKO - dakı nümayəndə vəzifəsini - Mamuka Kudava, ÇXR - dəki səfir vəzifəsini Karlo Sixarulide və Ukraynadakı səfir vəzifəsini - Qriqol Katamadze tutacaq. Parlament müxalifəti yeni təyinatların əleyhinə çıxış edib və yeni səfirlərin əleyhinə səs verib.

Xəbər lenti

Xəbər lenti