...

Həmas yaralıların Misirə aparılmasına  imkan vermir - Fələstin Adminstrasiyasının  Prezidenti

Siyasət Materials 28 Dekabr 2008 13:08 (UTC +04:00)
Həmas yaralıların Misirə aparılmasına  imkan vermir - Fələstin Adminstrasiyasının  Prezidenti

Fələstin adminstrasiyasının Prezidenti Mahmud Abbas Qahirədə keçirdiyi mətbut konfransında İslami Müqavimət Təşkilatı Həması Qəzzadakı yaralıların Misirə aparılmasına maneə törətməkdə təqsirləndirib.

"Misirin Rəfah buraxılış məntəqəsini açmasına baxmayaraq, hələ də Qəzza zolağındakı yaralıların sərhəddi  keçməsinə  imkan verilmir",- deyə Abbas bildirib. Bu  haqda  Əl-Ərəbiyyə telekanalı dekabrın 28-də məlumat verib.

Mahmud Abbas Qəzzada atəşkəsin bərqərar olması üçün Israil rəsmiləri ilə də danışıqların aparıldığını  bildirib.

Dünən  günorta saatlarından  İsrailin  hərbi  hava  qüvvələri  Qəzza zolağını  raket atəşinə tututblar. 19 dekarbrda  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra  Həmas  4 fələstinlililin qətlinə cavab olaraq Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinə tutub.

Israilin dekabrın 27-də  keçirdiyi  hərbi  əmaliyyatlar zamanı 271 nəfər həlak olub, 700  nəfər  isə yaralanıb. Əl-Cəzirə telekanalının verdiyi məlumata görə xəsarət alanların əksəriyyətini uşaq və qadınlar təşkil edir.

Xəbər lenti

Xəbər lenti