...

Bizimlə olun, uğur mütləq sizi izləyəcək! – TREND şirkətinin yeni il təbriki

Siyasət Materials 30 Dekabr 2008 15:27 (UTC +04:00)
Bizimlə olun, uğur mütləq sizi izləyəcək! – TREND şirkətinin yeni il təbriki

Azərbaycan, Bakı, 30 dekabr /TREND / TREND Xəbərlər Sirkəti Dunya Azərbaycanlılarının Həmrəyliyi Gunu və Yeni - 2009 - cu il munasibətilə sizləri təbrik edir!

Sizə səmimi qəlbdən xoş əhval - ruhiyyə, xoş xəbərlər və düzgün qərarlar arzu edirik!

Qoy yeni il sizlərə uğur, evinizə ruzi - bərəkət, xoşbəxtlik və stabillik gətirsin, arzularınız həyata keçsin. Əsas odur ki, nikbinlik və yaxşı əhval-ruhiyyə həmişə sizinlə olsun.

Sizlərə, doğmalarınıza və yaxınlarınıza cansağlığı və əmin - amanlıq diləyirik.

Başa çatmaqda olan ildə Azərbaycan jurnalistikasının səviyyəsi, onun peşəkarlığı və perspektivləri, beynəlxalq informasiya mühitində nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu, KİV-in yaradıcı fəaliyyətinə kifayət qədər şərait yaradılmış Azərbaycanın dinamik inkişafı sayəsində mümkün olub.

TREND - in tərəfdaşlarına - abunəçilərinə, reklam sifarişçilərinə, bizim saytların daimi istifadəçilərinə dərin minnətdarlığımızı bildiririk.

Biz məmnuniyyətlə deyirik: bizimlə olun və uğur mütləq sizi izləyəcək!

YENİ İLİNİZ MÜBARƏK!

Xəbər lenti

Xəbər lenti