...

Ərəb Dövlətləri Liqası HƏMAS ilə İsrail arasında sülhün əldə olunmasına çalışır – Baş katib

Siyasət Materials 30 Dekabr 2008 15:59 (UTC +04:00)
Ərəb Dövlətləri Liqası HƏMAS ilə İsrail arasında sülhün əldə olunmasına çalışır – Baş katib

Ərəb Dövlətləri Liqası (ƏDL) BMT Baş katibinin çağırışına qoşularaq, İsrailin Qəzzə Zolağına dinc əhalinin ölümü ilə nəticələnəcək təcavüzünün dayandırılımasını tələb edir.

"ƏDL HƏMAS -ın mraqlarını müdafiə etmir, biz hər saat qadın və uşaqların ölümünə səbəb olan güc tətbiqinin dayandırılmasını tələb edirik", - deyə Liqanın Baş katibi Əmr Musa CNN telekanalına bildirib.

Çərşənbə günü Qahirədə ərəb dövlətləri xarici işlər nazirlərinin təcili müşavirəsi keçiriləcək və burada HƏMAS ilə İsrail arasında müvəqqəti barışığın əldə olunması məsələsi müzakirə olunacaq.

"Bizim üçün əsas İsrail ilə HƏMAS arasında əvvəllər olduğu kimi müvəqqəti atəşkəs rejiminin əldə olunmasıdır", - Musa qeyd edib.

İyunda Qahirənin vasitəçiliyi ilə HƏMAS və İsrail liderləri gündəlik atışmaların dayandırılması barədə sənəd imzalayıblar. Lakin HƏMAS sazişin müddəti başa çatan kimi, "Qəssam" raketləri ilə İsrail şəhərlərini atəşə tutub. Cavabında, Qəzzədə irimiqyaslı hərbi əməliyyatlar başlanıb.

HƏMAS -ın inzibati obyektlərinə dörd gündür davam edən aviazərbələr nəticəsində 380 nəfər həlak olub.

Avropa İttifaqı İsrailin hərbi əməliyyatlarını tənqid edib, Avropanın müxtəlif paytaxtlarında Qəzzənin bombalanması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.

Lakin dünya ictimaiyyətinin tənqidlərinə baxmayaraq, İsrailin Baş naziri Ehud Olmert aviazərbələri HƏMAS üzvlərinə qarşı əməliyyatların başlanğıcı adlandırıb və bildirib ki, hərəkat ilə barışıqdan söhbət belə gedə bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti