...

Çin Əfqanıstana maliyyə yardımı göstərir

Siyasət Materials 30 Dekabr 2008 16:49 (UTC +04:00)

Əfqanıstan, Kabil, 30 dekabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstana maliyyə yardımı haqqında sənəd çərşənbə axşamı Əfqanıstanın xarici işlər naziri və Çinin Kabildəki səfiri tərəfindən imzalanıb.

Çinin Əfqanıstana maliyyə yardımı 2006 - cı ildə imzalanan iqtisadi əməkdaşlıq barədə saziş əsasında həyata keçirilir.

Əfqanıstanın xarici işlər naziri Rangin Dadfar Spanta çərşənbə axşamı səhər bildirib ki, Əfqanıstanda yeni hökumətin formalaşmasından sonra bu ölkə ilə Çin arasında 26 əməkdaşlıq sazişi imzalanıb.

Onun sözlərinə görə, ötən il Çin Əfqanıstana 80 mln. yen həcmində maliyyə yardımı göstərib.

Yeddi mln. yen birgə layihələrin hazırlanmasına sərf olunacaq. Taxıl almaq üçün Çin Əfqanıstana 30 mln. yen ayırıb.

Çin Əfqanıstana 175 mln. yen ayıracağı barədə vəd verib və artıq 150 mln.yen ayırıb.

Çin hökuməti Əfqanıstana səhiyyə, maarif və digər sahələrdə yardım göstərir. Çin daha çox mis emalı sənayesinə sərmayə yatırır.

Sərmayələrin ümumi məbləği üç mlrd. dollar təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti