...

İsrail Qəzzəyə girərsə, peşman olar – HƏMAS - ın siyası bürosunun lideri

Siyasət Materials 3 Yanvar 2009 14:54 (UTC +04:00)
İsrail Qəzzəyə girərsə, peşman olar – HƏMAS - ın siyası bürosunun lideri

Fələsətində mübarizə aparan İslami Müqavimət Təşkilatı HƏMAS - ın siyasi  bürosunun  mühacirətdə olan  lideri  Xalid Məşəl İsrail ordularını Qəzzəyə girməməyə çağırıb. "İsrail ordusu Qəzzəyə girərsə, peşman olar,"-deyə Məşəl bildirib. Bu  haqda  Əl - Cəzirə telekanalı məlumat verib.

"Fələstinlilər  nə döyüşdən qaçacaq, nə təslim olacaq, nə də İsrailin şərtlərinə  boyun  əyəcəklər ",- deyə  o  bildirib.

HƏMAS lideri İsrailin Qəzzədə  keçirdiyi  hərbi əməliyyatların təşkilata qarşı deyil , bütün ərəb və İslam  dünyasına qarşı aparılıdığını qeyd edib.

Dekabrın 27 - də günorta satlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə zolağını raket atəşinə tutublar. Dekarbın 19 - da Həmas təşkilatı və Israil arasında müvəqqəti atəşkəsin başa çatmasından sonra, Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin Sderot va Aşkelon yaşayış məntəqələrini raket atəşinə tutub.

Israilin keçirdiyi hərbi əmaliyyatlar zamanı 420 nəfər həlak olub, 2000 nəfər yaralanıb.

HƏMAS təşkilatının Qəzzədəki matbuat xidmətindən Trend -a verilən məlumata görə, ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır. Həmas və Islami Cihad ldierləri İsrail rəsmilərindən Qəzzədə törədilən cinayətlərə görə qisas alacaqlarını bildiriblər.

Həmas İsrailin Qəzzə zolağını bombalamasına cavab olaraq ,Sederot və Aşkelon yəhudi məntəqələrinə 60 - a yaxın raket zərbəsi endirib. İsrail hökuməti Aşkelon və Sderotda fövqəladə vəziyyət elan edib.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti