...

Müsəlman aləmi Qəzzə imtahanından keçə bilmədi – Türkiyənin dini işlər naziri

Siyasət Materials 6 Yanvar 2009 17:48 (UTC +04:00)
Müsəlman aləmi Qəzzə imtahanından keçə bilmədi – Türkiyənin dini işlər naziri

Azərbaycan, Bakı, 06 yanvar/ Trend , müxbir B.Həsənov/ Türkiyənin dini işlər naziri Əli Bardakoğlu hesab edir ki, son Qəzzə hadisələrində müsəlman aləmi lazımi reaksiya göstərməyib. "Müsəlman aləmi son Qəzzə hadisələrində imtahandan keçə bilmədi. Xüsusilə böyük iqtisadi gücə və beynəlxalq nüfuza sahib olan müsəlman ölkələrinin bu məsələlərdə səssiz qalması təəssüf doğurur", - deyə Bardakoğlu Ankaradan telefonla Trend - a bildirib.

Trend - un arayışı: Dekabrın 27 - də  günorta saatlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə Zolağını raket atəşinə tutublar. Dekarbın  19 - da  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra,  Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin  Sderot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinə tutub.

BBC - nin Fələstin səhiyyə xidmətinə istinadən verdiyi məlumata görə Israilin dekabrın 27- də  keçirdiyi  hərbi əmaliyyatlar zamanı 550 nəfər həlak olub, 2700 nəfər yaralanıb.

Həmas İsrailin Qəzzə zolağının bombalamasına cavab olaraq, Sderot və Aşkelon yəhudi məntəqələrinə  60 - a yaxın raket zərnbəsi endirib.  İsrail höküməti  Aşkelon və Sderotda fövqaladə vəziyyət elan edib. Yanvarın 3 -dən İsrail ordusu Qəzzə Zolağında quru əməliyyatlarına  başlayıb.

Qəzzədəki hadisələrin artıq müharibə yox, qətliam olduğunu bildirən Bardakoğlu son hadisələrin regionda qisas, kin və nifrət hisslərini dərinləşdirdiyini bildirib. "Günahsız uşaqların öldürülməsini, məktəblərə, məscidlərə və xəstəsanalara bomba atılmasını necə haqlı hesab etmək olar ?", - deyə Bardakoğlu əlavə edib.

Bardakoğlu, nüfuzlu Qərb ölkələrinin İsrailin hərəkətlərini pisləyən bəyanatlar verməyi də çox gördüklərini və insanlıq  borclarını yerinə yetirmədiklərini bildirib.

Bardakoğlu İslam ölkələrinin də İsrailin hərəkətlərini pisləyən bəyanatlar verməklə kifayətləndiklərini və lazımi reaksiya göstərmədiklərini deyib. "Hərbi  əməliyyatları pisləyən bəyanatlarla kifayətlənmək olmaz. Əsas məsələ bu qətliamı dayandırmaq üçün bütün vasitələrdən istifadə etmək, yaralıların müalicəsini təmin etmək və zərər çəkmiş insanlara  humanitar yardım çatdırmaqdır", - deyə Bardakoğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti