...

Ərəb dünyası fələstinlilərlə bir olmalıdır – Hizbullah-ın lideri

Siyasət Materials 7 Yanvar 2009 15:29 (UTC +04:00)
Ərəb dünyası fələstinlilərlə bir olmalıdır – Hizbullah-ın lideri

Azərbaycan, Bakı, 07 yanvar/ Trend / Ərəb ölkələrinin liderləri İsrail təcavüzündən müdafiədə fələstinlilərlə bir olmalı və bu ümummüsəlman və ümumərəb probleminin nizamlanmasında vasitəçi rollarını məhdudlaşdırmamalıdırlar. İranın Əl-Aləm telekanalının verdiyi xəbərə görə, bu çağırışla Beyrutda Aşura matəminə həsr olunan mitinqdə Livanın Hizbullah partiyasının rəhbəri Həsən Nəsrulla çıxış edib.

"Ərəb dünyası Fələstin qarşıdurmasında birlik nümayiş etdirməlidir. İsrail ilə bütün münasibətləri pozmaq və Qəzzə xalqına qarşı törətdiyi təcavüzə görə onu cəzalandırmaq lazımdır", - deyə Nəsrulla fələstinlilərə qarşı beynəlxalq cinayətə görə İsraili cəzalandırmağa çağırarkən bildirib.

Nəsrulla Qəzzə ilə bütün sərhədlərin açılmasını və HƏMAS-ın üzvlərinə qarşı çıxış etməkdənsə, İsrailin hücumlarının dayandırılmasında onlara kömək etməyi tələb edərək, ilk növbədə Misirə müraciət edib.

"Misir Qəzzədə yeni cəbhə üçün deyil, fələstinlilərə kömək üçün bütün sərhədləri açmalıdır", - deyə o bildirib.

Hizbullah rəhbəri BMT Təhlükəsizlik Şurasını fəaliyyətsizlikdə ittiham edib və dünya liderlərini Venesuela prezidenti Uqo Çavesdən ibrət götürməyə, İsrailin səfirlərini ölkələrindən qovmağa çağırıb.

"Uqo Çaves İsrailin səfirini ölkədən qovaraq Fələstin xalqı ilə həmrəy olduğunu nümayiş etdirib və bu, fələstinlilərə qarşı ədalətli münasibətin ən yaxşı nümunəsidir", - deyə o bildirib.

Al-Jazeera telekanalının verdiyi xəbərə görə, çərşənbə günü Venesuela prezidenti Qəzzənin bombalanmasına etiraz əlaməti olaraq İsrailin ölkədəki səfirinin qovulduğunu bəyan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti