...

Gürcüstan parlamentinin deputatı iki nazirin istefasını tələb edir

Siyasət Materials 9 Yanvar 2009 15:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ "Kartuli dasi" partiyasının lideri, parlamentari Condi Baqaturiya Gürcüstanın ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri Qoqa Xaçidze və diaspor məsələləri üzrə dövlət naziri Yulon Qaqoşidzeni Leselidze küçəsində yerləşən kilsənin qapılarının sındırılmasında ittiham edir. Gürcü mənbələrində bu kilsə Blaqoveşşeniye kilsəsi, erməni mənbələrində "Noraşeni" kimi xatırlanır.

"Ermənistanın Baş naziri Tiqran Sərkisyanın dekabrın ortalarında Gürcüstana səfəri zamanı sərxoş vəziyyətdə olan nazirlər ona xoş gəlmək üçün mübahisəli kilsənin qapılarını sındırıb və erməni dindarlarını ora buraxıblar", - Baqaturiya bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, cəzası nəzərdə tutulan cinayətdir. Hər iki nazir istefaya göndərilməlidir, - Baqaturiya hesab edir.

Bundan başqa, "Kartuli dasi" partiyasının lideri bu fakt üzrə cinayət işinin qaldırılması üçün bazar ertəsi Gürcüstanın Baş prokurorluğuna  müraciət etmək niyyətindədir. Parlamentari həmçinin vurğulayıb ki, bu məlumat onda çoxdan olsa da, indiyədək sübutların toplanılması ilə məşğul olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti