...

Livanın Qəzzədən uzaqda olması onu İsraillə münaqişəyə sövq etməyəcək – Livan parlamentinin spikeri

Siyasət Materials 9 Yanvar 2009 17:31 (UTC +04:00)
Livanın Qəzzədən uzaqda olması onu İsraillə münaqişəyə sövq etməyəcək – Livan parlamentinin spikeri

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir Ü.Sadıqova/ Livan və Suriya Qəzzə Zolağındakı hərbi münaqişədən uzaqda olduğundan, İsrail öz təcavüzünü bu ölkələrə yönəldə bilməyib, lakin İsrail ordusunun Suriya - Livan sərhədlərindəki daimi hərbi manevrləri buna zəmin ola bilərdi.

"İsrail Livan və Suriyaya qaraşı hücum planına riayət edərək, öz ordusunun təhlükəsizliyini təmin etmək üçün çoxsaylı hərbi təlimlər həyata keçirib, lakin Suriya və Livan münaqişədən kənarda qalıb", - deyə Trend - a müsahibəsində Livan parlamentinin spikeri Nabih Barri (Nabih Barri) bildirib.

Barri bildirib ki, İsrailin Baş naziri Ehud Olmertin Livan ilə sərhəddə 40 min əsgərin cəmləşdirilməsi, ən yaxs? tank, zirehli texnika və təyyarələrin səfərbər edilməsi barədə bəyanatı livanlıları təşvişə salıb, belə ki, Beyrutda İsrailin qəfil hücumlarına adət olunub.

"İsralin Baş naziri Olmert Fransa prezidenti Sarkoziy? bildirib ki, İsralin HƏMAS - dan sonrakı məqsədi Hizbullah ola bilər. Bu bəyanat Livan ictimaiyyətində təşviş yaradıb. Hələ avqustda hökumət üzvlərini İsrailin mümkün təcavüzü barədə xəbərdar etmişdim", - deyə spiker bildirib.

Fələstinin HƏMAS qruplaşması üzvlərinin məhv edilməsi və ölkənin cənubuna daimi raket zərbələrinin dayandırılması üçün İsrail Qəzzə Zolağında hərbi əməliyyatlara başlayıb.

BBC - nin Fələstin həkimlərinə istinadən verdiyi xəbərə görə, İsrail ordusunun Qəzzə zorlağında on üç gün ərzində apardığı xüsusi əməliyyat nəticəsində 750 - dən çox fələstinli həlak olub.

Cümə axşamı İsralin şimal hissəsi Livan ərazisindən raket atəşlərinə məruz qalıb, nəticədə beş nəfər xəsarət alıb. İsrail cavab olaraq Livan sərhədlərinə atəş açıb. İsrail ordusunun rəsmi nümayəndəsi Avital Liyeboviç bildirib ki, Təl-Əviv Livan ilə yeni cəbhənin açılmasında maraqlı deyil.

Barri bildirib ki, İsrail və Livanın münasibətləri bir sıra sənəd və sazişlərlə nizamlanır, onlardan sonuncusu 1701 sayl? Qətnaməsi və 1949-cu ildə imzalanmış sülh sazişidir və hər iki tərəf bunlara əməl etməyə çalışır.

Barri hesab edir ki, İsrailin Qəzzəyə hücumları Livanın ictimai həyatına təsir göstərə bilər; ölkədə miliyona yaxın Fələstin qaçqını yaşayır və onlar Fələstində həmyerlilərinin v?ziyy?tind?n narahatdırlar.

"Livan Qəzədəki müharibə haqqında ilk rəy və münasibətin formalaşdığı, dig?r ərəb ölkələrinə yayıldığı siyasi v? informasiya mərkəzidir. Buna görə, Livanda rəsmi səviyyədə ümumi ərəb rəyi formalaşır", - deyə spiker bildirib.

Barri qeyd edib ki, bu məqsədlə ölkədə Ərəb Parlament İttifaqının 14-cü növbədənkənar konfransı çağırılaraq, Livan parlamenti Qəzzədəki hadisələri "üçüncü Fələstin müharibəsi" adlandırıb və İsrailin hərbi əməliyyatlarını qabaqcadan hazırlanmış və fələstinlilərin buradan köçürülməsinə yönəldilmiş add?m hesab edib.

"İsrail gün ərzində 1200 - dən çox hədəfi məhv edir, mülki obyektləri, məktəbləri, məscidləri, ticarət mərkəzlərini dağıdır ki, bu da İsrailin 2006 - cı ilin iyulunda Livana təcavüzünü xatrladır", - deyə Barri bildirib.

BBC - nin verdiyi məlumata görə, 2006 -cı ildə baş vermis və 29 gün davam edən ikinci Livan müharibəsində əksəriyyəti dinc sakin olan təqribən min livanlı, İsrail tərəfindən isə təqribən 100 nəfər həlak olub.

Qəzzədə atəşkəsin əldə olunması məqsədilə Livanda Asiya parlamenti rəhbərlərinin -"Üçlüyün" görüşü keçirilib. Görüşdə qəbul olunmus tövsiyə və məsləhətlər arasında vahid islam və ərəb sammitinin keçirilməsi də var. Barri bildirib ki, görüş iştirakçıları ümumi toplantının çağırılması üçün Avropa Aralıq Dənizi Assambleyasına müraciət ünvanlayıblar.

"Ərəb dövlətlərinin beynəlxalq ictimaiyyətə təsir göstərmək üçün daha səmərəli f?aliyy?ti Nyu-Yorkda atəşkəsin əldə olunması və Qəzzədə sərhəd - buraxılış məntəqələrinin açılması üzrə sənədlərin qəbuluna dair danışıqlar və toplantılarda iştirakdan ibarətdir. Bütün ərəb ölkələrinin İsrail ilə münasibətlərə yenidən baxılmasını tələb etdiyini göstərmək vacibdir. Livan hökuməti müvəqqəti atəşkəsin əldə olunması üçün Mübarək və Sarkozinin, Türkiyənin təşəbbüslərini, el?c? d? Suriya və Misirin müzakirələrini yüksək qiymətləndirir", - deyə Barri vurgulay?b.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti