...

Gürcüstan rəhbərliyi növbədənkənar seçkilər təyin etmək niyyətində deyil

Siyasət Materials 12 Yanvar 2009 20:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/  "İqtisadi böhran şəraitində hər  bir qəpik siyasətçilərin deyil, əhalinin ehtiyaclarının ödənilməsinə yönədilməlidir", -

Gürcüstanın Birinci kanalının efirində Tbilisinin meri Qiqi Uqulava bildirib.

Onun sözlərinə görə, seçkilərin keçirilməsinə ciddi vəsait tələb olunur. Ötən il iki dəfə seçki keçirilib, 2010-cu il üçün isə yerli özünü idarəetmə orqanlarına seçkilər keçirilməsi nəzərdə tutulur, buna görə də əlavə seçkilərin keçırilməsi özünü doğrultmur.

Onun fikrincə, seçki olsa belə, narazı qüvvələr yenə də olacaq və "biz millətimizin təhqir olunmasına yol vermərik, təkərdə fırlanan dələyə çevrilmərik". Bundan başqa, Uqulava millətə xidmətdən imtina edən şəxslərin işlə təmin olunmasını düzgün saymır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti