...

İran polisi səkkiz bəhaini həbs edib

Siyasət Materials 15 Yanvar 2009 12:45 (UTC +04:00)

Iran, Tehran, 15 yanvar / Trend , müxbir A.Namdari/  İranın Kiş azad ticarət zonasının polisi Bəhai dinini təbliğ etdiklərinə görə səkkiz nəfəri həbs edib.

İran polisinin mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında bildirilir ki, həbs olunanlar Kiş azad ticarət zonasında Bahai dinini təbliğ edirlərmiş.

"Kiş azad ticarət zonasında bir qrup Bəhai dininin təbliğatçılarının fəaliyyəti haqda məlumat əldə olunduqdan sonra, təhlükəsizlik qüvvələri onların fəaliyyətini nəzarətə alıb. Əməliyyat nəticəsində onlar Kiş adasının bazarlarının birində həbs olunublar", - deyə Kiş azad ticarət zonasının polis rəisi Süleyman Məlikzadə bildirib.  

Məlikzadə həbs olunanların sayının səkkiz olduğunu deyib. "Onların Kiş adasında qaldığı oteldə araşdırma aparılan zaman Bəhai dininin təbliği məqsədi ilə çap olunmuş kitablar aşkarlanıb", - deyə Məlikzadə bildirib.

Həbs olunan şəxslər ifadə verərkən onlara qarşı irəli sürülən ittihamı rədd edərək bildiriblər ki, Tehran sakinləridirlər və Kiş adasına turist kimi səfər ediblər.

Həbs olunanların işi üzrə məhkəmə prosesi artıq başlayıb. Kiş adasının təhlükəsizlik orqanları məsələ ilə bağlı araşdırmalarını davam etdirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti