...

Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Pakistana yardım göstərib

Siyasət Materials 16 Yanvar 2009 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan 2008 - ci ilin oktyabrında Bəlucistan əyalətində baş vermiş zəlzələnin nəticələrinin ləğv edilməsində Pakistan hökumətinə yardım göstərib.

Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli cümə axşamı Azərbaycan hökumətinin ayırdığı vəsaiti bank qəbzi şəklində Bəlucistan əyalətinin qubernatoruna təqdim edib, - Azərbaycanın İslamabaddakı səfirliyindən cümə günü Trend - a bildiriblər. Azərbaycanlı diplomat Senatda Senat sədrinin müavini Can Camali, Bəlucistan əyalətinin qubernatoru Navab Zülfüqar Məqsi və digər yüksək vəzifəli məmurlarla görüşüb.   Əyalətin rəhbəri göstərilmiş köməyə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. 

2008 - ci ilin oktyabrında Pakistanda, Bəlucistan əyalətində zəlzələ baş verib. Yeraltı təkanların gücü Rixter şkalası  üzrə altı baldan çox olub.

Nəticədə çoxmərtəbəli binalar uçub, dağıntılar arasında yüzlərlə insan həlak olub. Təxminən 15 min nəfər evsiz qalıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti