Ukrayna, Kiyev, 19 yanvar / Trend , müxbir Z.Novsvitski/ Qəzzə Zolağında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı, vətənə qayıtmaq istəyən ukraynalıların sayı azalıb.
"Həftə nin sonunda 264 ukraynalıdan nümayəndəliyimizə Ukraynaya getmək üçün kömək xahişi qeydə alınıb", - deyə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vasili Kirliç brifinqdə bildirib. Ukraynanın İsraildəki səfirliyi və Ukraynanın Fələstindəki nümayəndəliyinə bazar ertəsi 09.00 -dək, 20 qadın və uşaq olmaqla, 50 nəfərin müraciəti qeydə alınıb.
Onun sözlərinə görə, Ukrayna vətəndaşları nəqliyyat vasitələri ilə Misir-İsrail sərhədini keçərək, Qahirədən vətənə dönəcəklər.
Yanvarın 17- də axşam İsrail birtərəfli şəkildə Qəzzə Zolağında döyüş əməliyyatlarını dayandırıb və bununla da fələstinli döyüşçülərə qarşı üçhəftəlik əməliyyatlara son qoyub. Əməliyyatlarda zamanı 1,3 min fələstinli və 13 israilli dünyasını dəyişib.
HƏMAS və başqa fələstin qruplaşmaları bazar günü atəşkəs elan edərək, İsrailin bir həftə içərisində anklavın ərazisindən ordusunu çıxarmaq şərtini qoyub.
Münaqişə zonasından yüzdən çox Ukrayna vətəndaşı köçürülüb.
Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün [email protected]