...

Barak Obama ABŞ prezidenti oldu (ÜMUMİLƏŞDİRİLİB)

Siyasət Materials 20 Yanvar 2009 21:06 (UTC +04:00)
Barak Obama ABŞ prezidenti oldu (ÜMUMİLƏŞDİRİLİB)

Azərbaycan, Bakı, 20 yanvar / Trend /  Barak Obama Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti oldu.

İllinoysdan olan senator Obama ABŞ - da noyabrın 4 - də keçirilmiş prezident seçkilərində qələbə qazanıb və seçicilər kollegiyası bu seçkilərin yekunları üzrə dekabrın 15 - də onu prezident seçib.  Obamanın inaqurasiyası ABŞ tarixində ən bahalı qiymətləndirilir.

"Biz çox ciddi böhranla üz-üzə dayanmışıq. Ölkəmiz müharibə vəziyyətindədir, biz ciddi çağırışlarla mübarizə aparırıq", - deyə Obama Kapitoliydəki andiçmə mərasimi zamanı bildirib.

"Bizə bu çağırışların hər birinə cavab verəcəyik", - deyə o vurğulayıb.

"Biz iqtisadiyyatımızı boğan boş vədlər erasına son qoymaq üçün gəlmişik. Uşaqlıqdan imtina etməyin zamanı artıq yetişib", - deyə Obama əlavə edib. Obamanın sözlərinə görə, ABŞ yenidən lider olmağa hazırdır.

"Biz əməkdaşlıq üçün daha çox səylər göstərməliyik. Biz durmadan çalışacağıq ki, nüvə təhlükəsizini azaldaq. Kim düşünür ki, bizi terrorla qorxutmaq olar, yanılırlar. Onlara cavab verəcəki ki, qorxmuruq. Biz onları məğlub edəcəyik", - deyə o bildirib.

Obama həmçinin islam dövlətlərinə müraciət edib. "Biz islam dünyası ilə qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında irəliyə doğru can atırıq", - deyə o bəyan edib.

Obama həmçinin xarici ölkələrin liderlərini bütün problemlərdə Qərbi günahlandırmamağa çağırıb.

Obama Birləşmiş Ştatların tarixində ilk afro - amerikalı prezident olub. Prezident vəzifəsinin icrasına başlamazdan əvvəl Obamanın populyarlıq reytinqi 84 faizə çatıb.

ABŞ - ın 44 - cü prezidenti 1961 - ci il avqustun 4 - də anadan olub. O, Kolumbiya Universiteti və Harvard Hüquq Elmləri İnstitutunun məzunudur. Harvard Law Review jurnalının redaktoru olub. Obama mülki hüquqlar vəkili işləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti