...

Avropa yeni qaz böhranına hazır olmalıdır - Avropa Komissiyasının prezidenti

Siyasət Materials 20 Yanvar 2009 19:27 (UTC +04:00)
Avropa yeni qaz böhranına hazır olmalıdır - Avropa Komissiyasının prezidenti

Avropa yeni qaz böhranına hazır olmalıdır. Belə bir bəyanatla çərşənbə axşamı Brüsseldə Rusiya qazının Avropaya nəqlinə həsr olunmuş brifinqdə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu çıxış edib.

"Komissarlar mümkün qədər tez bir zamanda gələcəkdə böhranın qarşısının alınması ilə bağlı öz təkliflərini təqdim etməlidirlər", - deyə Barrozu bildirib.

Onun fikrincə, Avropanın Rusiya qazından asılılığını azalmaq lazımdır. Lakin bu, Rusiyaya qarşı yönəlməməlidir. Barrozu hesab edir ki, AB-nin hazırkı böhrandan çıxaracağı əsas nəticələrdən biri diversifikasiya olmalıdır.


"Ukrayna vasitəsi ilə Rusiyadan Avropaya gedən qaz sığortalanmayıb" - deyə Barrozu vurğulayıb.

"Doğrudur, Rusiya ilə Ukrayna bizim önəmli tərəfdaşlarımız olsalar da, etiraf etməliyəm ki, yaranmış böhran məni üzdü", - deyə o əlavə edib.

Rusiya qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli yanvarın 7-də tamamilə dayandırılmışdır. Buna səbəb "Qazprom"un Ukrayna ərazisində qazın qeyri-qanuni şəkildə mənimsənilməsi ilə bağlı bəyanatı olub. "Qazprom"la Ukraynanın "Naftoqaz" şirkəti arasındakı anlaşılmazlıqlar Ukrayna üçün qazın, habelə tranzit qiymətləri ilə bağlı idi.

Böhran nəticəsində Mərkəzi və Cənubi Avropa ölkələri qazsız qalmışdırlar. Onlar tamamilə Rusiya qazından asılı vəziyyətdədirlər.

Xəbər lenti

Xəbər lenti