...

İran yeni sualtı kəşfiyyat qayığı hazırlayıb

Siyasət Materials 21 Yanvar 2009 13:34 (UTC +04:00)
İran yeni sualtı kəşfiyyat qayığı hazırlayıb

İran Elmi-Təcrübi Universitetinin tələbəsi Həsən Şərifzadə radardan yayına bilən yeni sualtı kəşfiyyat qayığı hazırlayıb. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Bu layihənin icraçısı Şərifzadə bildirib ki, sualtı qayıq heyətsizdir və avtomatik şəkildə idarə olunur.

Onun sözlərinə görə, sualtı qayıq dənizin 8 metr dərinliyinə qədər hərəkət edə bilir. Sualtı qayıq həmçinin özü ilə 8 kiloqramlıq partlayıcı maddə daşımaqla, düşmənin mövqeyində quraşdırmaq imkanına malikdir.

"Sualtı kəşfiyyat qayığı GSM sistemi vasitəsilə idarəetmə mərkəzinə (notbuka) qoşulur. Sualtı qayıq və notbukun uzərində quraşdırılmış sim kart vasitəsilə qayıq ilə əlaqə yaradılır və idarə olunur. Sualtı qayıq həmçinin onlayn şəkildə foto və film çəkərək idərəetmə qurğusuna göndərmək malikdir.

Şərifzadə əlavə edib ki, sualtı qayıq radardan yayınmaq qabiliyyətinə də malikdir. "Sualtı qayığın ətrafına dalğıc yaxınlaşdıqda, qayıq özündən biokimyəvi madəə buraxaraq , balıqları öz ətrafına toplayır və balıqların arasında gizlənməklə dalğıclardan yayına bilir", - deyə Şərifzadə sualtı qayığın daha bir üstün cəhətini açıqlayıb. 

Xəbər lenti

Xəbər lenti