...

Gürcüstan polisi casusluqda şübhəli bilinən iki ermənini saxlayıb

Siyasət Materials 23 Yanvar 2009 12:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 yanvar / Trend , N.Kirtsxaliya / Gürcüstanın Daxili İşlər Nazirliyi yanvarın 22-də Axaltsixenin iki erməni milliyətli sakininin saxlanılmasını təsdiq edir. DİN-nin bu gün yayılan bəyanatında verilən məlumata görə, həmin gün şühbəli şəxs qismində Qriqori Misanyan və Sarkis Akopcanyan saxlanılıb.

Əks-kəşfiyyat departamenti saxlanılanları qeyri-qanuni silahlı qrup yaratma və casusluq barəsində apardığı işdə şübhəli bilir.

Ermənistan KİV-i artıq ermənilərin gürcü polisi tərəfindən Samsxe-Cavaxetiya rayonunda "qeyri-qanuni saxlanılma"ları haqda bəyanat yayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti