Əfqanıstan, Kabil, 23 yanvar/ Trend , müxbir A.Hakimi/ Əfqanıstanda seçkilər üzrə müstəqil komissiya cari ilin yayında ölkədə prezident seçkilərinin keçirilməsini qeyri-mümkün adlandırıb.
"Seçkilərə hazırlıq vaxt aparacağı üçün onların keçirilməsi mümkün deyil", - komissiyanın rəhbəri deyib.
Bəzi müşahidəçilər hesab edirlər ki, prezident seçkilərinin təxirə salınması konstitusiyaya ziddir. Konstitusiyaya əsasən, dövlət başçısının seçilməsi prosesi yazda baş tutmalıdır.
Əvvəllər komissiyada səsvermənin mümkün təxirə salınması barədə danışırdılar. Lakin indi seçkilərin vaxtında keçirilməyəcəyi təsdiqlənib.
Seçkilərin başqa vaxta keçirilməsinin səbəbləri kimi əksər yolların bağlanmasını, az maliyyələşdirmə və ölkədə təhlükəsizliyin təmin edilməsini göstərirlər. Hətta bu problemlərin həlli nəzərə alınsa belə, seçkiləri planlaşdırılmış müddətdə keçirmək alınmayacaq, - komissiyada hesab edirlər.
Hökumət Mussa Qala, Bəqran, Sanginin bəzi dairələrinə nəzarət etmir. Həmin dairələrin sakinləri səs vermək istəyirlər. Qəzni və Maydan Vərdad əyalətlərində yaşayan vətəndaşlar burada təhlükə ehtimalı daha çox olduğu üçün qeydiyyatdan keçə bilməyiblər.
Lakin siyasi ekspertlər prezident seçkilərinin siyasi səbəblərlə əlaqədar təxirə salınacağını hesab edirlər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]