...

İrandan Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq

Siyasət Materials 23 Yanvar 2009 13:10 (UTC +04:00)

Əgər İrandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edən şəxsləri təhqir etmək məqsədilə, onlardan barmaq izinin götürülməsi və üst-başlarının yoxlanılması davam etdirilərsə, İran BƏƏ ilə diplomatik əlaqələri kəsə bilər, - İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü bildirib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Cavad Cahangirzadə bildirib ki, iranlı müsafirlərin təhqir olunması və onların barmaq izinin götürülməsi məsələsi Xarici İşlər Nazirliyi tərəfindən araşdırılmalıdır. Onun sözlərinə görə, bundan başqa, İran polisi də BƏƏ polisinə cavab olaraq BƏƏ vətəndaşlarının üst-başının yoxlanılması və barmaq izinin götürülməsi prosesini həyata keçirməlidir.

Cahangirzadə BƏƏ-ni bu cür hərəkətlərdən əl çəkməyə və İran vətəndaşlarının bu ölkəyə yatırdığı investisiyalara hörmət etməyə çağırıb. "BƏƏ polisi bu hərəkətlərinə davam edərsə, biz iranlı vətəndaşların bu ölkəyə səfər etmələrinə qadağa qoymağa və iranlı investorların bu ölkədə sərmayə yatırmasının qarşısını almağa məcbur olacağıq", - deyə Cahangirzadə bildirib.

Xəbər lenti

Xəbər lenti