...

Gürcüstan XİN-in separatçıların "sərhədləri"nin demarkasiyası ilə bağlı bəyanatı

Siyasət Materials 27 Yanvar 2009 14:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ "Rusiya KİV-i Rusiya prezidentinin Rusiya Federasiyasının MDB ölkələri ilə sərhədlərinin demarkasiya-delimitasiyası sahəsində nümayəndəsi kimi fövqəladə işlər üzrə səfir A.Qolovini təyin etməsi barədə məlumat yayıb", - Gürcüstan XİN-nin çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

"Sərəncama əsasən Qolovinə həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə sərhədlərinin də delimitasiya-demarkasiyası da tapşırılıb.

Rusiya Federasiyasının bu addımı Moskvanın özünün yaratdığı virtual reallığı dünya ictimaiyyətinə həqiqət kimi təqdim etməyə can atmasını bir daha təsdiq edir. Rusiya israrlı şəkildə onun tərəfindən Gürcüstan ərazisinin anneksiyası və işğal olunmuş ərazilərdə etnik təmizləmə yolu ilə hakimiyyətə gətirilən maroinet rejimləri leqallaşdırmağa çalışır.

Rusiyanın bu addımları, onların rəhbərlərinin Avropa təhlükəsizliyi arxitekturasının yeni postulatlarının yaradılmasına ehtiyac duyulduğu haqda söhbətlər etməsi fonunda utanmazlıq kimi görünür. Avropa ölkələrindəki rus emissarlar isə bu tezisin təbliğatı ilə məşğuldurlar.

Bu kontekstdə nəzərə almaq lazımdır ki, Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilmiş aqressiya görünməmiş faktdır. Bununla yanaşı, bu, ikinci dünya müharibəsindən sonra Avropada suveren dövlətin sərhədlərinin zorla dəyişdirilməsinin ilk faktıdır ki, bu da bütün regionda təhlükəsizlik və sabitliyə təhlükə yaradır.

Beynəlxalq ictimaiyyəti Rusiyanın avantürist hərəkətlərinin qarşısının alınması məqsədilə sərt mövqe tutmağa çağırırıq. RF-nin təhlükəsizliyə qarşı yönəlmiş növbəti addımlarının Avropada necə ağır nəticələrə gətirib çıxaracağı hamıya məlumdur", - Gürcüstan XİN-in bəyanatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti