...

HƏMAS öz mövqeyini dəyişməlidir – AŞ Nazirlər Komitəsinin sədri

Siyasət Materials 28 Yanvar 2009 18:16 (UTC +04:00)
HƏMAS öz mövqeyini dəyişməlidir – AŞ Nazirlər Komitəsinin sədri

Fransa, Strasburq, 28 yanvar / Trend , müхbir A.Məhərrəmli/

Fələstində mübarizə aparan İslami Müqavimət Təşkilatı  HƏMA" öz mövqeyini dəyişməlidir.

"HƏMAS İsrailə qarşı  mövqeyində dəyişiklik etməsə, onunla hər hansı bir danışıq  aparılmayacaq"- deyə, AŞ Nazirlər Komitəsinin sədri,  İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos AŞPA -da çıxışında bildirib.

O qeyd edib ki, HƏMAS - dan zorakılğa son qoymaq, beynəlxalq prinsiplərə hörmət və İsraili  dövlət kimi tanımaq tələb edilib.

"Biz HƏMAS-dan daimi sülh istəyirik. Buna görə HƏMAS-a qarşı sərt və qətiyyətli mövqe tutmaq lazımdır",- deyə bildirib.

İspaniyalı nazir bildirib ki, Yaxın Şərqdə sülhün bərqərar olması  üçün  təşəbbüslər  davam  etdirilir.

Moratinosun sözlərinə görə, Avropa İttifaqı Qəzzəni HƏMAS - ın  idarəçiliyinə  verməməlidir.  O, Fələstin Müxtariyyat Şurasını gücləndirməyin və ona kömək etməyin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti