...

İlham Əliyev "Statoil-Hydro" şirkətinin baş icraçı direktoru ilə görüşüb

Siyasət Materials 28 Yanvar 2009 23:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 28-də Davosda "Konqress" mehmanxanasında "Statoil-Hydro" şirkətinin baş icraçı direktoru Helge Lundla görüşüb.

AzərTAc-ın yaydığı xəbərə görə, Helge Lund bildirib ki, "Şahdəniz-1" və "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq uğurla inkişaf edir. O, "Şahdəniz-2" layihəsi üzrə işlərin sürətləndirilməsinin zəruriliyini vurğulayıb.


Prezident İlham Əliyev ölkəmizin enerji sahəsində uğurlarından danışaraq deyib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmi daha da artır, beynəlxalq enerji əməkdaşlığı genişlənir.

Dövlət başçısı dünyanın aparıcı şirkətləri, o cümlədən "Statoil" ilə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti