...

GUAM Yaponiyaya turizm, ticarət və nəqliyyat sahəsində əməkdaşlıq təklif edəcək – Baş katib

Siyasət Materials 29 Yanvar 2009 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir N.Abdullayeva/ GUAM (Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova) turizm, ticarət və nəqliyyat sahəsində əməkdaşlıq üzrə təklifləri nəzərdən keçirmək üçün Yaponiyaya təqdim edəcək, - təşkilatın Baş katibi Valeri Çeçelaşvili cümə axşamı Trend -a bildirib.

"Biz ətraflı təkliflər paketi hazırlayırıq və onu yaponiyalı tərəfdaşlarımıza təqdim edəcəyik, - Çeçelaşvili deyib. - Təkliflər, əsasən, turizm, ticarət və nəqliyyat sahələrinə toxunacaq".

GUAM-ın Baş katibi Çeçelaşvilinin rəhbərlik etdiyi "Demokratiya və iqtisadi əməkdaşlıq naminə təşkilat"ın milli koordinatorları, "GUAM+Yaponiya" formatında gələcək əməkdaşlığı müzakirə etmək üçün, fevralın 19-20 - də Tokioya, milli koordinatorların iclasına yola düşəcəklər, - Çeçelaşvili Kiyevdən telefonla bildirib.

Yaponiya tərəfdən müqabil təkliflər hazırlanır və iclasda təqdim ediləcək, - Yaponiya XİN-dən Trend -a bildiriblər. Bundan başqa, iclasda "GUAM+Yaponiya" formatında əməkdaşlığın gələcək perspektivlərini müzakirə edəcəklər.

Dekabrın 4-də Helsinkidə, ATƏT Xarici İşlər Nazirləri Şurasının 16-cı iclası çərçivəsində, "GUAM+Yaponiya" Xarici İşlər Nazirləri Şurasının üçüncü görüşü baş tutub. Hər iki tərəf "GUAM+Yaponiya" formatında qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib və növbəti görüşü 2009 - cu ilin fevralında keçirmək qərarına gəliblər.

Görüşdə Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycandan milli koordinator Araz Əzimov başçılıq edəcək, - Azərbaycan XİN- dən əvvəllər bildiriblər.

GUAM təşkilatı 1997-ci ildə, Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı regional əməkdaşlıq üçün yaradılıb, lakin 2005-ci ilədək fəaliyyət göstərməyib. Son üç ildə sammitlərin əsas məsələləri regional münaqişələrin nizamlanması və enerji təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin koordinasiyası olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti