...

Ərdoğanın çıxışı  Türkiyə xalqının və bütün müsəlmanların ürək sözü idi – İran prezidenti

Siyasət Materials 31 Yanvar 2009 13:23 (UTC +04:00)

İran prezidenti Türkiyənin Baş nazirinin Davos iclasındakı hərəkətini alqışlayıb. O bildirib ki, Rəcəb Tayyıb Ərdoğanın çıxışı Türkiyə xalqının, region və dünya xalqlarının ürək sözü idi. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

"İnsanlığa, yaxşılığa və ədalətə məhəbbət bəsləyən hər bir kəs sionist rejiminin cinayətləri qarşısında durmalı və onların vəhşi hərəkətlərini pisləmələdir",-deyə İran prezidenti Mahmud Əhmədinejad şənbə günü TehrandaBehişt Zəhra  məzarlığını ziyarət edərkən jurnalistlərə bildirib.

Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Qəzzə ilə bağlı müzakirələrdə İsrail prezidenti Şimon Peresin onunla yüksək tonda danışmasına və Qəzzədəki həqiqətlərdən xəbərsiz olmaqla günahlandırmasına sərt reaksiya göstərib. İsrailin günahsız insanları və uşaqları öldürdüyünü deyən Ərdoğan salonu tərk edib.

Əhmədinejad əlavə edib ki, sionist rejiminin hərəkətləri insanlığı təhqir edir.  "Mən Ərdoğana gördiyi işə görə təşəkkür edirəm",-deyə Əhmədinejad bildirib.

Xəbər lenti

Xəbər lenti