Türkiyə, Ankara, 03 fevral / Trend , müxbir A.Ələsgərova/ Fələstin prezidenti Mahmud Abbas dövlət başçısı Abdullah Gülün dəvəti ilə qarşıdakı istirahət günlərində Ankaraya səfər edəcək.
Abbasın Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla da görüşəcəyi gözlənilir. "Milliyət" qəzetinin məlumatına görə, görüş zamanı Ərdoğan əsas diqqəti barışığın zəruriliyinə və Fələstinin "HƏMAS və "FƏTH" təşkilatları arasında kompromisin əldə edilməsinə yönəldəcək.