Gürcüstan, Tbilisi, 05 fevral / Trend , müxbir N.Kirtsxaliya/ "Güclü Gürcüstan" fraksiyasının hökümətin yeni heyəti ilə görüşündə deputat Qiya Tsaqareişvili bir daha hökumətin Nazirlər Kabinetindəki tez-tez dəyişmələrini tənqid edən çıxış edib.
Onun sözlərinə görə, Baş nazirlər hər iki ay yarımdan bir, nazirlər isə 4-6 aydan bir dəyişir.
Tsaqareişvili Baş nazir postuna namizəd Niki Qilauridən belə sıx dəyişmələrin səbəbini deməyi xahiş edib.
Öz növbəsində Qilauri deyib ki, bu sual ona aid deyil, bu sual sabiq Baş nazirlərə ünvanlanmalıdır. Onun sözlərinə görə, hazırda nazirlərdən heç biri istefaya göndərilməyib və hökümətdə yaxın gələcəkdə dəyişikliklər gözlənilmir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]