...

ATƏT-in hazırkı sədri Tbilisi səfərini ertələyib

Siyasət Materials 11 Fevral 2009 19:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 fevral / Trend , müxbir N.Kirtsxaliya/ "ATƏT-in hazırkı sədri, Yunanıstanın XİN rəhbəri Dora Bakoyannis özünün Gürcüstan səfərini ertələyib",  - bu gün Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze bildirib.

"Görünür, hansısa planlar dəyişib. Odur ki, sabaha təyin olunmuş səfərin ertələnmə səbəbi bizə məlum deyil", - bu gün birifnqdə Vaşadze deyib.

Ancaq o, Bakoyannisin martın əvvəlində Tbilisiyə gələcəyinə ümid etdiyini də dilə gətirib.

Yunanıstan XİN rəhbəri Gürcüstan tərəfini ATƏT-in Gürcüstandakı mandatının uzadılması ilə bağlı təklif və şərtləri ilə tanış etməli idi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti