...

Məhəmməd Xatəminin İranın prezidenti olmaq şansı var

Siyasət Materials 12 Fevral 2009 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral/ Trend , müxbir D.İbrahimova, T.Cəfərov/ Yenidən namizədliyini prezident postuna irəli sürən İranın eks-prezidenti Məhəmməd Xatəmi, təcrübəsinə və Mahmud Əhmədinejadın idarəçiliyində buraxılan səhvlərə görə qalib gəlmək şansı var.

Xatəmi bazaar ertəsi rəsmən iyunda keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib. Hazırki prezident Mahmud Əhmədinejad isə rəsmən sekçilərdə iştirakını bəyan etməyib.

"Əhmədinejadın idarə etdiyi dövrdə iqtisadi problemlər və İranın beynəlxalq təcrid olunması seçkilərdə iştirak edən namizədlərə üstünlük verəcək", - Trend -a İran üzrə almaniyalı ekspert Maykl Bauer (Michael Bauer) deyib.

Mütəxəssislər hesab edirlər ki, İranın siyasətində Xatəminin təcrübəsi ona keçiriləcək seçkilərdə kömək edəcək.

Xatəmi 1997-ci ildən 2005-ci ilədək İranın prezidenti olub. 1997-ci ildə Xatəmiyə səs verənlərin sayı 20 milyonu ötmüşdür. Konstitusiyaya əsasən, prezident iki müddətdən artıq prezident seçilə bilməz.

Xatəmi - İranın siyasi arenasında xarezmatik lider və nüfulzu şəxsdir, buna görə də onun seçkilərdə qalib gəlmək şansı böyükdur, telefonla Trend -a Almaniyada Siyasəi Araşdırma Mərkəzinin tədqiqatçısı Bauer deyib.

"Seçicilər təcrübəli və ölkəni səkkiz il idarə edən namizədə üstünlük verəcəklər", - İranın daxili məsələləri üzrə eksperti, İranın Jurnalistlər Birliyinin sədri Əli Mərzuri hesab edir.

Xatəminin dövründə vətəndaşların azadlığı və nəşr genişlənmiş, inflyasiya 10%-dən artıq qalxmayıb. Xatəmi Qərb və Şərq mədəniyyətlərini dialoqa çağırırdı.

1979-cu ildə iranlı tələbələrin ABŞ səfirliyinə hücumundan sonra İran və Qərb münasibətlərində yaranan gərginlik minimuma endirilmişdir. Onun idarə etdiyi dövrdə İranın nüvə proqramının inkişafı dayandırılmışdır.

İranda 1979-cu ildə baş verən islam inqilabı dövründən İran və ABŞ münasibətlərində bir qədər irəliləyiş müşayidə olununr. Bu səbəbdən seçicilər Xatəmini seçə bilərlər.

ABŞ prezidenti Barak Obama İranla əməkdaşlıq etməyə hazır olduğunu bildirib, baxmayaraq ki, son 30 il ərzində iki dövlət tərəfindən yüksək səviyyədə heç bir danışıq keçirilməyib.

"İslahatçı-namizəd Xatəminin namizədliyinin irəli sürülməsi yerinə düşüb və onun namizədliyinə ABŞ ilə əlaqələrin bərpa olunması simvolu kimi baxılır", - Trend -a Yaxın Şərq üzrə ingiltərəli mütəxəsis Kristofer Panq (Christopher Pang) deyib.

Hakimiyyətdə olduğu dövrdə Xatəmi Vaşinqtonla əlaqələri bərpa etməyə çalışırdı. Lakin ölkənin siyasətinə güclü təsir edə bilən İranın dini lideri Əli Xomenei bu danışıqlara qarşı çıxış etdi.

Xatəminin verdiyi vədlərə əməl etməməsinə baxmayaraq, onun seçkilərdə qalib gəlmək şansı var.

Yaxın Şərq üzrə amerikalı ekspert Mark Kaçın fikrincə, İranın ağırlaşan iqtisadi vəziyyəti Əhmədinejada zərər və Xatəmiyə isə seçkilərdə kömək edə bilər.

"Əhmədinejad verdiyi iqtisadi vədlərə əməl etmədi, o, yoxsulluğu və işsizliyi aradan qaldırmağa söz vermişdi. Lakin indi biz tam başqa bir vəzyyəti görürük", - telefonla Trend -a RUSI (Royal United Services Institute) London elmi-tədqiqat mərkəzinin Yaxın Şərq üzrə layihə rəhbəri Panq deyib.

İranın Mərkəzi Bankı tərəfindən 2008-ci ilin avqust ayında buraxılan "İqtisadi statistika" jurnalındakı məlumata görə, 14 mln. insan yoxsulluq səviyyəsində yaşayır.

Ölkənin daxilində olan iqtisadi problemlərlə yanaşı, Əhmədinejad tərəfindən aparılan siyasət İranın beynəlxalq aləmdə təcrid olunmasına səbəb olub.

"Son dörd ildə iqtisadi və siyasi təcridi müşahidə edən İran əhalisi üçün Xatəminin namizədliyi daha çox üstündür", - Pinq deyib.

İranın iqtisadi baxımdan təcrid olunmasının başlıca səbəbi onun nüvə prqramıdır. BMT TŞ bu ölkəyə qarşı sanksiyalar tətbiq edib.

Lakin bütün çatışmamazlıqlara baxmayaraq, Əhmədinejad İranın dini lideri Əli Xomeneinin dəstəyini qazanıb.

1989-cu ildə İranın dini lideri olmuş Xomenei məhkəmələrə, orduya və KİV-ə nəzarət edir.

İran mənşəli fransalı mütəxəssis Hüseyn Lacıvərdi hesab edir ki, Xatəminin bir çox ustünlüklərinə baxmayaraq, seçkilərdə qalib gələcəyi şübhə doğurur.

"İranın əhalisi Xatəmiyə səs verməyəcək, çünki xalq məyus olub. Birinci dəfə seçiləndə ona 70% əhali səs vermişdir, ikinci dəfə isə 50%", - Trend -a telefonla İranın Tədqiqatçılar Assosiasiyasının sədri Lacıvərdi deyib.

"Xatəmi özünü effektiv prezident kimi göstərə bilmədi, bu isə onun seçkilərdə qalib gəlməsinə mane ola bilər", - Trend -a telefonla Kaç deyib.

Xatəmi söz vermişdi ki, hökumət xalqın istəyi ilə hərəkət edəcək, lakin verdiyi sözlərə əməl etməmişdi. Prezidentlik vaxtının bitməsinə az qalmış, Xatəmi bildirmişdi ki, "İranın prezidenti İranın dini liderinin arzularını icra edən şəxsdir".

Çərşənbə axşamı, Xatəmi namizədliyini irəli sürdükdən bir gün sonra islam inqilabına həsr edilmiş bayram təbirləri zamanı burada çıxış edənlər "Xatəmiyə ölüm", "Biz Amerika hökumətini istəmirik" kimi şuarlar səsləndiriblər, - "The Times" xəbər verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti