...

Rusiya və Türkiyə birgə bəyannamə imzalayıb

Siyasət Materials 13 Fevral 2009 15:46 (UTC +04:00)

Rusiya, Мoskva, 13 fevral / Trend ,müxbir R.Ağayev/ Rusiya və Türkiyə Moskvada Türkiyə prezidentinin RF-yə səfəri çərçivəsində siyasi əməkdaşlıq haqda birgə bəyannamə imzalayıb.

Prezidentlərin görüşündə iki ölkənin siyasi səviyyədəki münasibətlərinin genişləndirilməsi haqda bəyannamə imzalanıb. Bəyannamədə deyilir ki, əməkdaşlıq həm də humanitar sahədə həyata keçiriləcək.  

"Özəl sektorun ticari-iqtisadi sahədəki payı və aparıcı rolunu nəzərə alaraq, tərəflər işçi dairələr, ticarət və sənaye palataları, iki ölkənin sahə assosiasiyaları və biznes birləşmələri xətti üzrə əlaqələrin, sahibkarlar üçün viza prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsini dəstəkləyir və bu istiqamətdə görülən işlərin nəticəyönlü sürətləndirilməsinin vacibliyini qeyd edirlər", - bəyannamədə bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti