...

Ədliyyə Nazirliyi ABŞ vətəndaşının İran həbsxanasında saxlanılmasını təkzib edib

Siyasət Materials 17 Fevral 2009 15:12 (UTC +04:00)

İran Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, İranda Raber Luinson adlı ittiham olunmuş və həbs olunmuş şəxs mövcud deyil. Bu barədə İRNA agentliyi məlumat verib.

ABŞ Konqresinin demokratlardan olan üzvi Bil Nilson bildirib ki, ABŞ vətəndaşı Luinson İran həbsxanasında saxlanılır. "Bu adda şəxs İran həbsxanalarında və Ədliyyə Nazirliyinin qeydiyyatında yoxdur. Ümumiyyətlə, İranın Ədliyyə Nazirliyində belə bir cinayət işi olmayıb", - deyə İran Ədliyyə Nazirliyinin sözçüsü Əlirza Cəmşidi ABŞ rəsmisinin çıxışına cavab olaraq çərşənbə axşamı jurnalistlərə bildirib.

ABŞ Federal Təhqiqatlar Bürosunun təqaüddə olan məmuru Luinson ötən il martın əvvəllərində sənədli film çəkmək məqsədilə İranın Kiş adasına gedib. Səfərdən əvvəl o, ABŞ-ın Dubaydakı konsulu ilə təmasda olub. ABŞ rəsmiləri bildiriblər ki, Luinsonun İranın Kiş adasına getməsi Amerika hökumətinə məlumdur, lakin onun səfərdən sonrakı taleyi, həmçinin İrandan çıxıb-çıxmaması haqda hər hansı məlumat yoxdur.  

Xəbər lenti

Xəbər lenti