...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası referendum üzrə səsvermə günü veb-kameraların tətbiqində israrlı olacaq

Siyasət Materials 19 Fevral 2009 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) referendum üzrə səsvermə günü seçki məntəqələrində veb-kameraların tətbiqində israrlı olacaq.

"Mərkəzi Seçki Komissiyası seçki prosesinin çox mühüm elementi olan aşkarlıqla bağlı məsələlərdə həmişə maraqlıdır. Aşkarlıq seçki prosesinin qiymətləndirliməsi üçün ciddi meyar hesab edilir. Veb-kameranın analoqu olmayan aşkarlıq institutu kimi tətbiq edilməsi çox böyük effekt verir", - Trend -un məlumatına görə, cümə axşamı jurnalistlərə MSK-nın katibi Natiq Məmmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda ötən il oktyabrın 15-də keşirilmiş prezident seçkisində 500 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı. Veb-kameralar ümumi seçki məntəqələrinin 10 faizini əhatə etmişdi və hər seçki dairəsinin 3-dən 15-dək məntəqəsində quraşdırılmışdı.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun öncə bildirdiyinə görə,  referendum zamanı seçki məntəqələrində veb-kameralar quraşdırılacaq.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti