Gürcüstan, Tbilisi, 19 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan NATO ilə, konkret mexanizmləri illik planlarda imzalanacaq yeni proqram üzrə əməkdaşlıq edəcək. Bu barədə cümə axşamı Polşaya səfər öncəsi Tbilisi aeroportunda Gürcüstanın müdafiə naziri Vasil Sixarulidze bildirib.
Sixarulidze 26+1 formatında keçiriləcək NATO ölkələri və Gürcüstan müdafiə nazirlərinin Krakov görüşündə iştirak edəcək.
"Bu il Gürcüstan ilk dəfə olaraq NATO-nun illik fəaliyyət planını əldə edəcək və bu plan Krakovda razılaşdırılacaq", - deyə Müdafiə İdarəsinin rəhbəri bildirib.
Nazir əlavə edib ki, görüş zamanı Gürcüstan ilə NATO arasında əməkdaşlığın digər məsələləri də müzakirə olunacaq. "O cümlədən, sülhməramlılarımızı göndərmək niyyətində olduğumuz Əfqanıstan problemi də müzakirə olunacaq. Onların sayının nə qədər olacağı (sülhməramlı) və bunun necə həyata keçiriləcəyi məsləhətləşmələr zamanı müəyyən ediləcək", - deyə Sixarulidze vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]