...

Azərbaycan parlamentinin deputatı Quba məzarlığında muzey yaradılması prosesinin sürətləndirilməsini zəruri hesab edir

Siyasət Materials 24 Fevral 2009 13:19 (UTC +04:00)
Azərbaycan parlamentinin deputatı Quba məzarlığında muzey yaradılması prosesinin sürətləndirilməsini zəruri hesab edir

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir C.Babayeva/

Azərbaycan parlamentinin deputatı Quba məzarlığında muzey yaradılması prosesinin sürətləndirilməsini zəruri hesab edir.

"Quba məzarlığında aşkar olunan insan sümüklərinin çürüməsi prosesi gedir. Prosesin qarşısını almaq üçün kimyəvi maddələrə ehtiyac var və onların alınmasına vəsait tələb olunur. Sümüklərin çürüməsindən sonra orada muzey belə yaratsaq, onun effekti olmayacaq. Sümüklər soyqırımı sübut etmək üçün çox vacibdir", Trend -un məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında millət vəkili Qənirə Paşayeva deyib.

Trend -un arayışı: 2007-ci ilin aprelin ortalarında paytaxt Bakıdan 170 kilometr şimalda yerləşən Qubada stadion tikintisinə başlayarkən, kütləvi insan məzarlığı aşkarlanıb. Bundan sonra dərhal ekspedisiya qrupu yaradılıb və arxeoloji qazıntılar aparılır. Hadisə yerində olan tarixçi və arxeoloqlar kütləvi insan məzarlığının 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırım nəticəsində yarandığını müəyyənləşdiriblər. İndiyədək tədqiqat zolağında bir neçə arxda qazıntılar aparılıb və 200-dən artıq insanın sümükləri aşkarlanıb.

Paşayeva parlamentə müraciət edərək bu məsələnin həll olunması üçün, Quba məzarlığında muzey yaradılması prosesinin sürətləndirməsinə köməklik göstərməyə çağırıb.

"Quba məzarlığı önəmli tariximizdir və bu tarixin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərimizi sürətləndirməliyik ki, ermənilər Xocalıdan öncə də xalqımıza qarşı soyqırımlar törədiblər", - millət vəkili deyib.    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti