Gürcüstan, Tbilisi, 24 fevral / Trend , müxbir N.Kirtsxaliya/
BMT Təhlükəsizlik Şurası tərəfindən fevralın 13-də BMT müşahidəçilərinin mandatının uzadılması haqda qəbul edilmiş qətnamə fevralın 23-də Gürcüstan Xarici İşlər Nazirliyində ölkənin xarici siyasət qurumu başçısının müavini Aleksandr Nalbandov və BMT Baş katibinin xüsusi nümayəndəsi Yohan Verbeke tərəfindən nəzərdən keçirilib.
Görüşdə həmçinin XİN-in beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə departamentinin direktoru Sergey Kapanadze və onun müavini Şalva Tsiskarişvili də iştirak ediblər.
Tərəflər bu qətnamənin maddələrinin həyata keçirilməsi yollarını müzakirə ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]