...

Türkmənistan yeni formada pasportun hazırlanmasına dair tender elan edib

Siyasət Materials 3 Mart 2009 10:44 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 02 mart / Trend , müxbir E.Həsənov/ Türkmənistan bu gün Türkmənistan vətəndaşının beynəlxalq standartlara uyğun, yeni formada pasportunun və elektron məlumatlar sisteminin təşkili üçün tender elan edib.

Məlum olduğu kimi, 2008-ci il iyulun 10-dan etibarən Türkmənistanda ölkə hüdudlarından kənarına çıxmaq və ölkəyə daxil olmaq üçün biometrik məlumatlar daşıyan xarici pasportlar dövriyyəyə buraxılıb.  

Xarici pasport, onun ilk sahibi olan Tükmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun fərmanı ilə dövriyyəyə buraxılıb.

Qəbul olunmuş beynəlxlq normalara əsasən, xarici pasportun xüsusi mikrosxemi mövcuddur (personal məlumat və barmaq izlərini özündə birləşdirən təmassız elektron çip).   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti