...

Gürcüstan prezidenti ölkə biznesmenlərinə minnətdarlığını bildirib

Siyasət Materials 11 Mart 2009 11:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirtsxalia / Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin ən yaxşı kiçik və orta sahibkarlarının mükafatlandırılma mərasimində iştirak edib, kiçik və orta biznes nümayəndələrinə öz minnətdarlığını bildirib.

"Biz ictimaiyyətə arxalanırıq və siz biznesmenlər bizim ümid yerimizsiniz",  - deyə prezident bildirib.

Saakaşvilinin sözlərinə görə, güclü "onurğa""sı olmayan ölkə irəliləyə bilməz, onun "onurğa"sı isə

biznes və iqtisadiyyatdır.

Prezident bildirib ki, biznesmenlər böhran şəraitində insanları işlə təmin etməklə çox iş görürlər.

"Mənim hesablamalarıma görə, təkcə nümayəndələri zalda olan şirkətlər dörd min iş yeri açıblar, bu isə dörd min ailənin qazanc və qida ilə təmin olunması deməkdir", - deyə o bildirib.

Prezident Gürcüstan cəmiyyətinin "ağıllı və hər zaman problemlərin öhdəsindən gəlmək iqtidarında olduğuna" əminliyini bildirib.

O, ən yaxşı orta müəssisə elan olunan "Unistal" şirkətinə mükafatı şəxsən təqdim edib. Onun rəhbəri Natalya Tlaşadzedir.

Gürcüstan prezidentin bir daha qeyd edib ki, bir çox ölkələr, o cümlədən Gürcüstanın qonşuları bu gün çətinlik hiss edir. O bildirib ki, Gürcüstan öz valyutasını qoruyub saxlamağı bacarıb.

"Biz Gürcüstanda böyük quruculuğa başlamışıq və bu irəliləyişi gələcəkdə də davam etdirməliyik", - deyən prezident əlavə edib ki, bu onun "biznes və ictimaiyyətə müraciətidir".  

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti