...

"Davamlı İnkişaf Naminə" təşəbbüs qrupu Azərbaycan gənclərini referendum üzrə səsvermədə fəal olmağa çağırıb

Siyasət Materials 12 Mart 2009 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda referendum üzrə "Davamlı İnkişaf Naminə" təşəbbüs qrupu ölkə gənclərini səsvermə günündə fəal olmağa çağırıb.

Təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri cümə axşamı "Bakı" kinoteatrında paytaxtın Xətai rayonunun gənc seçiciləri ilə görüşdə onlara ölkə Konstitusiyasına ediləcək əlavə dəyişikliklər haqqında ətraflı məlumat verilib.   

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı İnkişaf Naminə" və "Zəka" təşəbbüs qrupları referendumun lehinə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları əleyhinə təbliğat aparırlar.  

"Davamlı inkişaf Naminə" təşəbbüs qrupu bir qrup tanınmış idmançılar və gənclər tərəfindən təsis olunub.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti