...

Azərbaycan Prezidenti Rusiyanin xarici işlər nazirini qəbul edib

Siyasət Materials 12 Mart 2009 19:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTac dövlət informasiya agentliyi yayıb. Dövlətimizin başçısı iki ölkənin rəhbərlikləri, habelə digər qurumları, o cümlədən xarici işlər nazirlikləri arasında olan yüksək səviyyəli qarşılıqlı anlaşmanın, fəal əməkdaşlığın ikitərəfli əlaqələrin dinamik inkişafına xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev bütün bunların nəticəsində ikitərəfli münasibətlər möhkəmləndiyini, ticarət dövriyyəsinin artdığını, geniş miqyasda regional əməkdaşlığın müxtəlif istiqamətlərdə təmin olunması baxımından birgə səylər daha da gücləndiriləcəyini deyib. Azərbaycan Prezidenti Rusiya xarici işlər nazirinin indiki səfəri və onun gedişində aparılan müzakirələrin ötən il Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı dövlət başçılarının müəyyən etdikləri kimi, qarşılıqlı əməkdaşlığın dostluq, strateji tərəfdaşlıq prinsipləri əsasında daha da inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Sergey Lavrov səfəri zamanı iki ölkə prezidentlərinin müəyyən etdikləri istiqamətlər üzrə səmərəli müzakirələrin keçirildiyini vurğulayıb. Lavrov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtında, sonra isə İlham Əliyevin Prezidentliyi dövründə Rusiya və Azərbaycan rəhbərlikləri arasında yaranmış qarşılıqlı anlaşma ruhuna uyğun olaraq fəaliyyət göstərcəklərini bildirib.

Lavrov iki ölkə arasında münasibətlərin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti