...

Qırğızıstan ombudsmanının məruzəsinin müzakirəsi cümə axşamı davam edəcək

Siyasət Materials 16 Mart 2009 17:18 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 16 mart / Trend , müxbir R.Məşədihəsənli /

Qırğızıstan parlamentinin mətbuat xidmətinin əməkdaşı Tolkunay Stamaliyevanın Trend -a dediyinə görə, bazar ertəsi Qırğızıstan Respublikasının Joqorku Keneşin (parlament) Koordinasiya şurasının ənənəvi iclası zamanı 19-20 marta təyin olunan plenar iclaslar gündəliyə çıxarılıb. Qırğızıstanın ombudsmanı Tursunbek Akunun 2008-ci ildə Qırğızıstanda "insan azadlığı və hüququ" ilə bağlı vəziyyətin müzakirəsi martın 19-na planlaşdırılıb.

Elə həmin gün ötən il Qırğızıstanda qanuniliyin vəziyyəti ilə bağlı baş prokurorun hesabatının dinlənilməsi də nəzərdə tutulub.

Martın 20-də parlament tərəfindən müzakirə olunacaq məsələlər sırasına "Qırğızıstanın dağlıq və ətraf ərazilərində yerləşən yaşayış məntəqələrində daimi yaşayan və iqtisadi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərə dövlət yardımının göstərilməsi" qanununa dəyişikliklərlə bağlı məsələ də daxil edilib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti