...

Azərbaycan Prezidenti İrlandiya prezidentini Müqəddəs Patrik günü münasibəti ilə təbrik edib

Siyasət Materials 16 Mart 2009 21:00 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi İrlandiya Prezidenti Xanım Meri Makalisi milli bayram-Müqəddəs Patrik günü münasibəti ilə təbrik edib. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

İlham Əliyev Azərbaycan və İrlandiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev İrlandiya xalqına sülh və əminamanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti