...

Azərbaycanın Milli Məclisi Novruz bayramı ərəfəsində amnistiya haqqında qərar qəbul edib

Siyasət Materials 17 Mart 2009 12:22 (UTC +04:00)
Azərbaycanın Milli Məclisi Novruz bayramı ərəfəsində amnistiya haqqında qərar qəbul edib

Azərbaycan, Bakı, 17mart / Trend , müxbir C.Babayeva / Azərbaycanın Milli Məclisi (Parlament) çərşənbə axşamı "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul edib. Qərar layihəsi parlamentə Azərbaycanın birinci xanımı tərəfindən təqdim olunmuşdu.

Milli Məclisin üzvü, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 10-da doqquz min məhbusa aid ediləcək "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qanun layihəsini parlamentə təqdim edib. Layihə 1700 məhbusun azadlığa buraxılmasını nəzərdə tutur.

Əvvəllər parlament Mehriban Əliyeva tərəfindən 2007-ci ilin mayında təqdim olunmuş "Amnistiya Aktı haqqında" qanun layihəsini qəbul edib. Bu akt doqquz min məhbusa aid edilmiş, onlardan 1500 nəfər cəzaçəkmədən azad edilmişdi.

1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı əsasında 4858 nəfər cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si Ümummilli lider Heydər Əliyev, 13-ü prezident İlham Əliyev tərəfindən imzalanıb. Indiyədək qəbul olunan səkkiz Amnistiya Aktı 40 min məhbusa aid edilib.

Ağır və xüsusilə ağır cinayət törədən şəxslər, qəsdən törətdikləri cinayət üzrə ümumi miqdarı 50 min manatdan artıq olan məbləğdə ziyan vuran, maddi ziyanı tam ödəməmiş şəxslər, xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunanalar, 1991-ci il oktyabrın 18-dən sonra Amnistiya Aktı və əfv fərmanı ilə cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkməkdən azad olunan və yenidən qəsdən cinayət törədən şəxslər, cəzaçəkmə müəssisəsində, intizam xarakterli hərbi hissədə və ya xüsusi müəssisədə cəzaçəkərkən qəsdən cinayət törədən şəxslərə Amnistiya Aktı tətbiq edilə bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti