...

Azərbaycanın hakim partiyası müxalifətçi müşahidəçilər tərəfindən edilən qanun pozuntularını qeydə alıb

Siyasət Materials 18 Mart 2009 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala /

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təsis etdiyi "Yeni Azərbaycan" təşviqat qrupunun müşahidəçiləri Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində iştirak etmək üçün təşviqat qrupu kimi qeyd alınmış bəzi müxalifətyönümlü siyasi partiyaları təmsil edən müşahidəçilərin, eləcə də onların nəzarəti altında olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin qanunvericilikdə nəzərdə tutulmayan, məntəqə seçki komissiyalarının iş mexanizmi, həmçinin səsvermə prosesini pozmağa yönəlmiş fəaliyyətlərini qeydə alıblar.

YAP-ın mətbuat xidmətindən Trend -a bildiriblər ki, 43 saylı Sumqayıt şəhər Dairə Seçki Komissiyasının üzvü, "Ümid" partiyasının Sumqayıt şəhər təşkilatının sədri Rzayev Elşad Salman oğlu 30 saylı məntəqəyə gələrək, məntəqə seçki komissiyasının fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlər edib, anti-təbliğatla məşğul olub, səsverməyə gələn seçiciləri təhqir etməkdən çəkinməyıb.

"Respublikaçılar"" referendum üzrə təşviqat qrupunun müşahidəcisi, Müsavat partiyasının üzvü Hacıbəyli Cavid İbrahim oğlu 82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı məntəqəsində səsvermə prosesini pozmağa cəhdlər göstərib, referendumu boykot etməyərək səsvermədə iştirak edən seçiciləri təhqir edib.

Bəzi müxalifət partiyaların təmsil olunduğu "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qrupları isə yaydıqları press-relizdə səsvermə zamanı bir sıra qanun pozuntularının qeydə alındığını bildiriblər.

Çərşənbə günü Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti