...

Azərbaycan Mərkəzi Seçki Komissiyasının "qaynar xətt"inə hələ ki, referendum zamanı qanun pozuntusu ilə bağlı seçicilərdən şikayət daxil olmayıb

Siyasət Materials 18 Mart 2009 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan Mərkəzi Seçki Komissiyasının "qaynar xətt"inə referendum üzrə səsvermə zamanı hər hansı bir qanun pozuntusuna dair seçicilərdən şikayət daxil olmayıb. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Mərkəzi Seçki Komissiyası nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynli məlumat verib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Hüseynli bildirib ki, bu saatadək Mərkəzi Seçki Komissiyasının "qaynar xətt"inə təqribən 20 müraciət daxil olub. "Seçicilərin müraciətləri əsasən seçici siyahılarında adların dəqiqləşdirilməsi və seçki məntəqələrinin harada yerləşməsi ilə bağlı olub", - deyə Mərkəzin direktoru qeyd edib.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti